"Real" qapıçının avtoqolu ilə qalib gəldi

"Real" qapıçının avtoqolu ilə qalib gəldi
DÜNYA FUTBOLU 5 Dekabr 2020 / 21:30 2250
-  A +

"Real" La Liqada növbəti oyunu keçirib.

Qol.az xəbər verir ki, Madrid klubu 11-ci turda səfərdə "Sevilya" ilə qarşılaşıb. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Madrid təmsilçisinin futbolçusu Vinisuis Juniorun topa toxunuşundan sonra rəqib komandanın kapitanı Bononu əlinə dəyərək top tora daxil olub.

"Sevilya" - "Real" - 0:1
Qol
: Bono, 55-avtoqol

11 turdan sonra 20 xalı olan "Real" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Real Sosyedad" 24 xalla 1-ci, "Atletiko" 23 xalla (9 oyun) 2-cidir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı