Maradonanın adı bu stadiona verildi - Rəsmi

Maradonanın adı bu stadiona verildi -  Rəsmi
DÜNYA FUTBOLU 4 Dekabr 2020 / 20:38 3179
-  A +

İtaliyanın “Napoli” klubunun ev oyunlarını keçirdiyi “Stadio San Paolo” stadionun adı dəyişdirilib.

Qol.az "Footbal Italia"ya istinadən xəbər verir ki, stadionun adı noyabrın 25-də vəfat edən Dieqo Maradonanın şərəfinə “Stadio Dieqo Armando Maradona” adlandırılıb.

Bunu bu gün Napoli bələdiyyəsinin başçısı Luici De Maqistris açıqlayıb.

Arenanın adının dəyişdirilməsi haqqında qərar Napoli şəhər məclisinin bütün üzvləri tərəfindən imzalanıb.

Qeyd edək ki, Maradona 1984-1991-ci illərdə “Napoli”də çıxış edib. Argentinalı mərhum futbolçu “Napoli” ilə iki dəfə (1987, 1990) İtaliya çempionu olub.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı