Karlos Keyruş qovuldu

Karlos Keyruş qovuldu
DÜNYA FUTBOLU 2 Dekabr 2020 / 14:34 2344
-  A +

Kolumbiya milli komandasının baş məşqçisi Karlos Keyruş istefaya  göndərilib.

Qol.az xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyası məlumat yayıb. 67 yaşlı mütəxəssisin bu gün istefaya göndərildiyi bildirilib.

Kolumbiya millisi Keyruşun rəhbərliyi altında 18 matça çıxıb. Onlardan 9 qələbə, 4-ü heç-heçə, 5-i isə məğlubiyyətlə nəticələnib.

Qeyd edək ki, portuqaliyalı məşqçi 2019-cu ildə bu vəzifəyə gətirilmişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner