"Bavariya" "Atletiko" ilə oyuna ciddi itkilərlə çıxacaq

"Bavariya" "Atletiko" ilə oyuna ciddi itkilərlə çıxacaq
DÜNYA FUTBOLU 30 Noyabr 2020 / 22:10 1679
-  A +

“Bavariya” Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Atletiko” ilə oyuna ciddi itkilərlə çıxacaq.
 
Qol.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Hansi Flik oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
 
O, qapıçı Manuel Noyer, yarımmüdafiəçi Leon Qoretska və hücumçu Robert Levandovskinin zədə səbəbindən Madrid təmsilçisi ilə matçda iştirak etməyəcəyini bildirib.
 
Zədədən əziyyət çəkən Alfonso Deyvis, Yozua Kimmix və Korenten Tolisso Madridə aparılmayıb.
 
Qeyd edək ki, dekabrın 1-də keçiriləcək "Atletiko” – “Bavariya” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord