Çempionlar Liqası oyununda qadın baş hakim - İlk dəfə

Çempionlar Liqası oyununda qadın baş hakim -  İlk dəfə
DÜNYA FUTBOLU 30 Noyabr 2020 / 21:27 2741
-  A +

Çempionlar Liqası tarixində ilk dəfə oyunu qadın baş hakim idarə edəcək.

Qol.az xəbər verir ki, qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Yuventus" - "Dinamo" (Kiyev) matçını fransalı Stefani Frappar idarədə edəcək.

Dekabrın 2-də oynanılacaq matçda Frappara həmyerliləri Hişam Zakrani və Medi Ramuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kərim Abed yerinə yetirəcək.

Qeyd edək ki, Stefani bundan əvvəl bu ilin oktyabrında Avropa Liqasının qrup mərhələsinin "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) görüşünü (3:0) də idarə edib.


 

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi