Rusiyada bəzi erməni jurnalistlər, eləcə də Ermənistan KİV-ləri “Adidas” şirkətinin “Qarabağ” klubu ilə əməkdaşlığı birtərəfli qaydada dayandırdığına dair məlumatlar yayıb. Buna səbəb kimi Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun sosial şəbəkədə ermənilərlə bağlı işlətdiyi fikirlər səbəb göstərilib.
Məsələ ilə əlaqədar “Qarabağ” klubunun direktoru Əmrah Çelikel Qol.az saytına açıqlama verib. O bildirib ki, bununla əlaqədar onlar “Adidas”dan hər hansı rəsmi məktub almayıblar:
“Ona görə də olmayan bir şeyə münasibət bildirməyimiz doğru olmazdı. Amma onu qeyd etməyi vacib bilirəm ki, nə bizim “Adidas”dan, nə də “Adidas”ın bizdən asılacağı var. Yəni mövsümün əvvəli biz formamızı “Adidas”dan da, başqa bir şirkətdən də ala bilərik. Biz onlarla 3-5 illik deyil, 1 illik müqavilə bağlayırıq və buna uyğun olaraq komanda üçün formalarımızı alırıq. Onlar bizim sponsorumuz deyil. Bizim də bir-birimizlə uzunmüddətli bağlılığımız yoxdur ki, hansısa birimiz birtərəfli, yaxud qarşılıqlı şəkildə əməkdaşlığı dayandıraq. Ona görə də “Adidas” o sözləri deyə bilməz. Çünki gələn illə bağlı bizim əməkdaşlığımız yoxdur ki, “Adidas” “Qarabağ”la işləmirik desin”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti