"Neftçi"nin legioneri ilk dəfə milliyə çağırıldı

"Neftçi"nin legioneri ilk dəfə milliyə çağırıldı
XƏBƏR 28 Oktyabr 2020 / 09:24 2521
-  A +

"Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya millisinə dəvət alıb.

Qol.az xəbər verir ki, 23 yaşlı futbolçu Afrika Millətlər Kubokunda Çad yığması ilə görüş üçün yığmaya çağırılıb.

2018-ci ildən "Neftçi"də oynayan Kane bunadək ölkəsinin 23 yaşadək futbolçulardan ibarət millisində çıxış etsə də, əsas yığmaya ilk dəfə dəvət alır.

Qeyd edək ki, Qvineya Çad millisi ilə noyabrın 11-də və 15-də qarşılaşacaq.

 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner