"Real" Poçettino ilə danışıqlar aparır

"Real" Poçettino ilə danışıqlar aparır
XƏBƏR 25 Oktyabr 2020 / 15:35 2656
-  A +

“Tottenhem”in sabiq baş məşqçisi Maurisio Poçettino “Real”ı çalışdıra bilər.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi 48 yaşlı mütəxəssislə danışıq aparıb. Madrid təmsilçisi komandanın La Liqada “Kadiz”ə, Çempionlar Liqasında isə “Şaxtyor”a məğlub olduğuna görə hazırkı baş məşqçi Zinəddin Zidanın fəaliyyətindən narazıdır. Buna görə də rəhbərlik komandanın növbəti matçda məğlub olacağı təqdirdə Zidanı istefaya göndərib, baş məşqçi vəzifəsinə argentinalı çalışdırıcını gətirməyi düşünür.

Qeyd edək ki, “Real” ötən gün El-Klassikonun qalibi olub- 3:1. Komanda 13 xalla çempionatın turnir cədvəlinə liderlik edir.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner