Luçesku ÇL-in tarixinə düşdü

Luçesku ÇL-in tarixinə düşdü
XƏBƏR 21 Oktyabr 2020 / 00:31 3544
-  A +

"Dinamo"nun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının tarixinə düşüb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu mövsüm Kiyev təmsilçisinin başında "Yuventus"a qarşı  oyuna çıxan 75 yaşlı mütəxəssis turnirin tarixinin ən yaşlı baş məşqçisi olub. O, bu göstəricidə "Bavariya"nın sabiq çalışdırıcısı Yupp Haynkesin rekordunu (72 yaş) yeniləyib.

Qeyd edək ki, "Dinamo" - "Yuventus" görüşü qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner