Ramos oynamayacaq

Ramos oynamayacaq
XƏBƏR 20 Oktyabr 2020 / 16:17 7820
-  A +

“Real”ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Şaxtyor”la matçda oynamayacaq.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun La Liqanın 5-ci turunda “Kadis”lə görüşdə (0:1) zədələnməsidir. İspan müdafiəçi sözügedən oyunda  dizindəki narahatlıq səbəbindən məcburi əvəzlənib. Komandanın son məşqçini buraxan Ramosun “Şaxtyor”la qarşılaşmada meydana çıxmayacağı bildirilib.

Qeyd edək ki, sabah Madriddə keçiriləcək “Real” – “Şaxtyor” oyunu Bakı vaxtı ilə 20:55-də başlayacaq.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner