Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Monteneqro ilə, "Qarabağ"ın isə Avropa Liqasının qrup mərhələsində İspaniya "Vilyarreal"ı ilə ev matçı neytral meydanda keçirilə bilər.
Qol.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İctimai televiziyada yayımlanan "Bol İdman" verilişində deyib.
O, UEFA rəhbərliyi ölkədəki məsələrlərdən xəbərdar olduğunu bildirib: "Mütəmadi olaraq Avropa futbol qurumunu məlumatlandırırıq. Gəncə hadisələrindən də məlumat vermişik. Təbii ki, onların xəbəri var. Xəbərləri izləyirlər, tanış olurlar. Bütün dünya bu terror hadisəsi ilə bağlı fikrini səsləndirib".
Qurum rəsmisi deyib ki, hər iki oyuna görə UEFA-nın xüsusi qərarı ola bilər "Ehtimal var ki, bu iki qarşılaşma neytral meydanda təşkil edilsin. Onlar prosesi yaxından izləyirlər, bilirlər ki, Ermənistan tərəfindən döyüş zonasından uzaqda mülki əhaliyə raketlər atılır. UEFA riskləri də anlayır, ona görə də düşünürəm ki, müvafiq qərarları olacaq. Ya da icazə verəcəklər ki, Bakıda oynayaq. Növbəti 48 saat ərzində və ya həftəsonu qərar ola bilər".
Məmmədov oyunların hansı ölkədə keçiriləcəyi ehtimalına da münasibət bildirib: "UEFA-nın koronavirus pandemiyasına görə qərarı var idi və orada üç ölkə seçilmişdi. Bunlar Macarıstan, Polşa və Kiprdir. Həmin ölkələr icazə vermişdi ki, pandemiyaya baxmayaraq hər komandanı qəbul etməyə hazırdırlar. Lakin burada məsələ koronavirus deyil, bir az fərqlidir. Ola bilsin ki, həmin ölkələr tövsiyə olunsun və yaxud yeni məkanlar təklif edə bilərlər. Son söz UEFA-nındır. Məkanlarla bağlı "Qarabağ" klubu və AFFA ilə məsləhətləşəcəklər, öz sözümüzü deyəcəyik. Görüşlərin neytral meydanda və ya Bakıda olmasını UEFA müəyyənləşdirəcək".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının 2-ci turunda İspaniya "Vilyarreal"ını oktyabrın 29-da Tofiq Bəhramov adına Resublika Stadionunda qəbul etməlidir. Azərbaycan yığması isə Monteneqro ilə noyabrın 14-də qarşılaşacaq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı