250-ci qol

250-ci qol
XƏBƏR 19 Oktyabr 2020 / 19:02 1278
-  A +

“Sumqayıt”la Azərbaycan Premyer Liqasının 6-cı turunun səfər matçında (1:2) vurulan qol “Zirə”nin tarixinə düşüb.

Qol.az Bakı klubunun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, bu top klubun bütün turnirlərdə vurduğu ümumilikdə 250-ci qoldur. Sumqayıtdakı görüşədək 249 dəfə rəqib qapısına yol tapan “qartallar”ın yubiley qoluna Davit Volkov imza atıb. Bu, “Zirə”nin ümumilikdə 197-ci oyununda gerçəkləşib. Komandanın orta məhsuldarlığı 1,27-yə bərabərdir.

250 qoldan 167-si Premyer Liqada, 55-i I divizionda, 23-ü Azərbaycan kubokunda, 5-i UEFA Avropa Liqasında qeydə alınıb.

Qeyd edək ki, “Zirə” evdə 137, səfərdə 113 dəfə fərqlənib.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner