Almaniyada oynayan millimizin sabiq üzvündən əsgər salamı - Şəkil

Almaniyada oynayan millimizin sabiq üzvündən əsgər salamı -  Şəkil
XƏBƏR 19 Oktyabr 2020 / 10:28 2995
-  A +

Almaniyanın "Viktoriya Berlin" klubunda çıxış edən millimizin sabiq üzvü Pərdis Fərcad-Azad ötən gecə "Germania Halberşdat"la keçirilən oyunda komandasının ilk qolunu vurub.

Qol.az xəbər verir ki, Pərdis Regional Liqa matçında vurduğu qol sevincini əsgər salamı ilə qeyd edib. O, bunu əks etdirən fotonu öz "İnstaqram" hesabında "Azərbaycan var olsun" sözləri ilə paylaşıb.

Qeyd edək ki, bu matçda "Viktoriya Berlin" 2:1 hesabı ilə qalib gəlib.



Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner