Arda Turandan Azərbaycana dəstək

Arda Turandan Azərbaycana dəstək
XƏBƏR 17 Oktyabr 2020 / 16:05 2523
-  A +

"Qalatasaray"ın futbolçusu Arda Turan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək olub.

Qol.az xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi öz “İnstagram” səhifəsində paylaşım edib. O, Azərbaycan bayrağı altında çəkilmiş fotosunu paylaşıb və bu sözləri yazıb: "Bir millət, iki dövlət".

Qeyd edək ki, “Qalatasaray”a bu il “Barselona”dan transfer edilən Arda Turan geridə qalan mövsümü icarə əsasında “Başakşəhər”də keçirib.




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord