"Barselona"nın futbolçuları maaşlarının azaldılmasından imtina etdi

"Barselona"nın futbolçuları maaşlarının azaldılmasından imtina etdi
XƏBƏR 17 Oktyabr 2020 / 14:23 1358
-  A +

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu maaşlarda güzəştə gedilməsinə görə növbəti dəfə futbolçulara və işçilərə müraciət edib.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis komanda  üzvlərini maaşların 30 faiz azaldılması təklifi ilə razılaşmağa çağırıb.

Lakin bu dəfə klub nümayəndələri onun təklifini qəbul etməyib.

Məsələ ilə bağlı danışıqların oktyabrın 22-dək aparılacağı, hətta müddətin 5 noyabradək uzadıla biləcəyi qeyd olunub.

Futbolçularla razılığın əldə olunmasa, klub rəhbərliyi məvacibləri birtərəfli şəkildə azaldacaq.

Qeyd edək ki, "Barselona" koronavirus pandemiyası səbəbindən 97 milyon avro itirib.

Son xəbərlər
topaz banner