"Real"ın oyunçusu zədələndi

"Real"ın oyunçusu zədələndi
XƏBƏR 17 Oktyabr 2020 / 12:50 1083
-  A +

Norveç millisinin və “Real”ın futbolçusu Martin Edeqor zədələnib.

Qol.az Madrid təmsilçisinin saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımüdafiəçi yığmanın heyətində Millətlər Liqasının 4-cü turunda Şimali İrlandiya ilə matçda xəsarət alıb. Onun zədəsinin ciddi olduğu bildirilsə də, yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Qeyd edək ki, “kral klubu”na 2015-ci ildə “Stromsgodset”dən (Norveç) keçən  M.Edeqor bu müdət ərzində “Herenven”, “Vitess” və “Real Sosyedad” kimi komandalarda  icarədə olub və yeni mövsümdən “Real”a qayıdıb.


Son xəbərlər
topaz banner