Pavel Paşayevin komandasında 27 nəfər koronavirusa yoluxdu

Pavel Paşayevin komandasında 27 nəfər koronavirusa yoluxdu
XƏBƏR 15 Oktyabr 2020 / 18:15 1046
-  A +

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" klubunda  koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Qol.az klubun rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, 2 gün ərzində 27 nəfərdə infeksiya aşkarlanıb. Yoluxanlar arasında həm futbolçular, həm də klubun işçilərinin olduğu bildirilib.

Onlardan 15 nəfəri evlərində karantinə alınıb, 11-i nəfər ailə həkiminin nəzarəti altında, 1-i isə xəstəxanada müalicə alır.

Qeyd edək ki, "Aleksandriya" oktyabrın 18-də Ukrayna Premyer Liqasının 6-cı turunda "İnqulets"lə  qarşılaşmalıdır.

 

Daha çox


Son xəbərlər
topaz banner