PSJ – “Mançester Yunayted” oyunu azarkeşsiz keçiriləcək

PSJ – “Mançester Yunayted” oyunu azarkeşsiz keçiriləcək
XƏBƏR 15 Oktyabr 2020 / 12:19 1846
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun PSJ – “Mançester Yunayted” matçı azarkeşsiz keçiriləcək.

Qol.az  xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb Fransada axşam saatlarında komendant saatının tətbiq edilməsidir. Prezident Emmanuel Makronun ötən gün imzaladığı sərəncama əsasən, ölkənin İl-de-Frans bölgəsində və digər 8 şəhərdə 21:00-dan 06:00-dək küçəcəyə çıxmağa qadağa qoyulub.

Ona görə də Parisdəki qarşılaşmada azarkeşlər iştirak etməyəcək.

Qeyd edək ki, 20 oktyabr “Park ddes Prinçes” stadionunda keçiriləcək PSJ – “Mançester Yunayted” matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Xatırladaq ki, UEFA-nın qaydalarına əsasən, yerli dövlət orqanlarının icazəsi olarsa, tribunaların 30 faizinə azarkeş buraxmaq mümkündür.

Daha çox


Son xəbərlər
topaz banner