"Qarabağ"ın futbolçusu Xayme Romero İspaniyanın "El-Mundo" nəşrinə açıqlama verib.
Qol.az xəbər verir ki, o, əvvəlcə qardaşı Daniel Romero ilə birgə Ağdam təmsilçisində oynaması haqda danışıb: "Xarici ölkəyə gələndə bilirsən ki, bir az tənha qalacaqsan. Buna görə də qardaşımın olması daha yaxşıdır".
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə toxunan 30 yaşlı yarımmüdafiəçi ölkədə həyatın normal qaydada davam etdiyini bildirib: "Təhlükə hissi yoxdur və biz əvvəlki kimi həyatımıza davam edirik. Qarşıdurma digər bölgədədir. Halbuki burada həmin hadisələri yaşayan çox sayda insan var".
Romero bildirib ki, klub rəhbərliyi oyunçuların bütün fikrini futbola qarşıdakı matçlara yönəltməsini istəyib: "Biz problemin yarandığı bölgənin adını daşıyırıq. Buna görə də ölkənin qəbul etdiyi qərarların bir hissəsiyik. İnsanlar burada bizimlədir".
İspan futbolçu koronavirusun yaratdığı problemlər haqda isə bunları deyib: "Avropaya səfər zamanı münaqişədən daha çox, pandemiya ilə bağlı problemlər nəzərə çarpır. Həftənin ilk 2 günü testdən keçib səfərə yollanırıq. Sonra isə geri qayıdanda daha bir dəfə test veririk. Vəziyyət bir az qarışıqdır. Martdan bəri nadir hallarda karantində olurduq. Amma restoranlar işləmirdi. Sonra səhər açılıb axşam 19:00-da bağlanmağa başladı. Qaydalar tədricən yumşaldıldı. Ümid edirəm ki, müharibə və virus bitəndə normal həyat sürə biləcəyik".
Romero komandanın baş məşqçisi Qurban Qurbanov barədə də danışıb: "Ciddi görünür, amma futbolçularla çox yaxındır. Klubun uğurlarının çoxu onun sayəsindədir. Məşqdə ingiliscə danışırıq. Amma mən bu dili yaxşı bilmirəm. Ümumiyyətlə, mənim dillə bağlı böyük problemim var. Lakin tərcüməçimiz var. O, hər şeyi mənim üçün ispan dilinə tərcümə edir. Komanda yoldaşlarımla bacardığım qədər ingiliscə danışıram".
"Real"da çıxış edərkən Kriştiano Ronaldonu əvəzləməsi ilə bağlı Romero deyib: "Bu, xüsusi bir hiss idi. İnsanların gözündə ən çox diqqət çəkən budur. Dünyanın ən yaxşı oyunçusunu əvəzləmişdim. Amma o, başqa oyun idi və həmin vaxt daha vacib hisslər yaşadım".
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?