“Azərbaycan üzərində qələbə gücümüzün göstəricisidir”

“Azərbaycan üzərində qələbə gücümüzün göstəricisidir”
XƏBƏR 13 Oktyabr 2020 / 17:29 1831
-  A +

Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibi Monteneqro yığmasının baş məşqçisi Faruk Hadzibeqiç turnirdə keçirdikləri matçlar haqqında danışıb.

Qol.az  xəbər verir ki, ölkəsinin mətbuatına müsahibə verən  63 yaşlı mütəxəssis yığmamız üzərində 2:0 hesablı qələbə qazanmağın Monteneqro millisinin gücünü göstərdiyini deyib:

“Millətlər Liqası başlayandan bəri heyətdə tez-tez problemlərlə üzləşirik. Bu da bizə əlavə problemlər yaratdı. Ən yaxşı oyunçular hazır olduğu zaman çətin rəqibə çevrilirik .
 
Geniş heyətə malikik, buna görə də seçim imkanlarım olur. Azərbaycan, Lüksemburq və Kipr üzərində qələbələr gücümüzün göstəricisidir. Növbəti matçda Lüksemburqa da qalib gəlsək, birinci yeri təmin edərik.

Bu da dünya çempionatına vəsiqə yolunda yeni şans yaradar. Ancaq Lüksemburq sürətlə inkişaf edən və daha çox peşəkar oyunçulara sahib komandadır. Əvvəlki həvəskar Lüksemburq yoxdur”.

Qeyd edək ki, Lüksemburq - Monteneqro matçı bu gün keçiriləcək. 

Daha çox


Son xəbərlər
topaz banner