"Yuventus" və PSJ Ramosla maraqlanır

"Yuventus" və PSJ Ramosla maraqlanır
XƏBƏR 13 Oktyabr 2020 / 16:06 1760
-  A +

"Real"ın kapitanı Serxio Ramos 2021-ci ilin yayında "Yuventus" və ya PSJ-yə keçə bilər.

Qol.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb. Bildirilib ki, hər iki klub ispan müdafiəçinin Madrid təmsilçisi ilə danışıqlarını yaxından izləyir. Əgər o, "Real"la bu mövsümün sonu başa çatacaq müqaviləni yeniləməsə, "Yuventus" və PSJ Ramosu transfer etməyə çalışacaq.

Qeyd edək ki, 34 yaşlı futbolçu 2005-ci ildən "Real"da oynayır.

Daha çox


Son xəbərlər
topaz banner