Alkantara və Mane koronavirusdan sağaldı

Alkantara və Mane koronavirusdan sağaldı
XƏBƏR 13 Oktyabr 2020 / 12:25 786
-  A +

“Liverpul”un futbolçuları Tiaqo Alkantara və Sadio Mane koronavirusdan sağalıb.
 
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi və 28 yaşlı hücumçu artıq komanda ilə məşqlərə başlayıb.  Onların Premyer Liqanın 5-ci turunda  “Everton”la matçda meydanda olacaqları gözlənilir.
 
Tiaqo Alkantara sentyabr ayının sonlarında, Mane isə oktyabr ayının əvvəllərində COVİD-19-a yoluxmuşdu.
 
Qeyd edək ki, 17 oktyabr “Goodison Park” arenada keçiriləcək Mersisayd derbisi Bakı vaxtı ilə 15:30-da başlayacaq.

Son xəbərlər
topaz banner