“Arsenal”ın sabiq baş məşqçisi və FİFA-nın qlobal futbol şöbəsinin müdiri Arsen Venger Millətlər Liqasının ləğv edilməsini təklif edib.
Qol.az xəbər verir ki, 70 yaşlı mütəxəssis Almaniyanın “Bild” nəşrinə müsahibəsində məsələ ilə əlaqədar bunları deyib:
“Millətlər Liqasından qurtulmalı və hamının bildiyi turnirləri keçirməliyik. Küçədəki insanlardan Millətlər Liqasının nə olduğunu soruşun. Çox az adam bunu izah edə biləcək. Mümkün qədər az turnir təşkil etməliyik. İki ildən bir dünya çempionatı və Avropa çempionatının keçirilməsi yəqin ki, müasir dünya üçün daha uyğundur”.
Fransalı çalışdırıcı Dünya Kubokunun tez-tez keçirilməsinin turnirin dəyərini itirməsinə səbəb olub-olmadığı ilə bağlı verilən sualı isə belə cavablandırıb:
“Bunu deyənlərə hər zaman belə cavab verirəm: turnirin dərk edilməsi onun tez-tez təşkil edilməsi ilə deyil, onun keyfiyyəti ilə bağlıdır. Axı insanlar hər il Çempionlar Liqasını izləyirlər. Məncə, bu irəliyə doğru yaxşı bir addım olar”.
Bundan əvvəl Venqer oyundankənar vəziyyət, Avrokubokların pley-off mərhələsindəki səfər qolu qaydalarının ləğv olunmasını təklif etmişdi.
Qeyd edək ki. A.Venqer 1996-2018-ci illərdə “Arsenal”a baş məşqçilik edib.
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı