Millimizin rəqibi koronavirus testindən keçdi

Millimizin rəqibi koronavirus testindən keçdi
XƏBƏR 12 Oktyabr 2020 / 11:14 1246
-  A +

Millətlər Liqasının 4-cü turunda Azərbaycan yığması ilə qarşılaşacaq Kipr millisi koronavirus testindən keçib.

Qol.az Kipr Futbol Assosiasiyasının saytına istinadən xəbər verir ki, bütün heyətin test nəticəsinin mənfi çıxıb və heç kimdə koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, millimizin rəqibi oyunun keçiriləcəyi Albaniyaya yollanıb.

Xatırladaq ki, Azərbaycan – Kipr matçı sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.


Son xəbərlər
topaz banner