İbrahimoviç komanda ilə məşqlərə başladı

İbrahimoviç komanda ilə məşqlərə başladı
XƏBƏR 11 Oktyabr 2020 / 16:07 1035
-  A +

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç komanda ilə məşqlərə başlayıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli hücumçu koronavirusa yoluxduğu üçün karantinə alınmışdı. Artıq sağalan 39 yaşlı oyunçu bu gün komanda ilə məşqlərini bərpa edib.

Qeyd edək ki, “Milan” 17 oktyabr A Seriyasının 4-cü turunda “İnter”lə qarşılaşacaq.


Son xəbərlər
topaz banner