Baş məşqçi komandası qrupa düşmədiyi üçün istefaya göndərildi

Baş məşqçi komandası qrupa düşmədiyi üçün istefaya göndərildi
XƏBƏR 11 Oktyabr 2020 / 12:50 2995
-  A +

Danimarkanın “Kopenhagen” klubu baş məşqçisi Stole Solbakkeni istefaya göndərib.
 
Qol.az klubun saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis komandanın cari mövsümdəki uğursuz nəticələrinə görə vəzifəsindən kənarlaşdırılıb.
 
Solbakken 2006-2011 və 2013-2020-ci illərdə rəhbərlik etdiyi klubla 8 dəfə Danimarka çempionu, 4 dəfə ölkə kubokunun qalibi olması ilə yanaşı, ötən mövsüm Avropa Liqasının 1/4 finalına da çıxıb.
 
Lakin komandanın Superliqanın 2020/21 mövsümündə 4 oyunda cəmi 4 xal toplayaraq, 9-cu pillədə olması və Avropa Liqası ilə də vidalaşması klub rəhbərliyinin belə bir addım atmağa vadar edib.
 
Qeyd edək ki, danimarkalılar Avropa Liqasının pley-offunda Xorvatiya “Riyeka”sına 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Son xəbərlər
topaz banner