“Gəncədə 7-dən çox mülki şəxs həlak olub, 33 nəfər ağır yaralanıb”

“Gəncədə 7-dən çox mülki şəxs həlak olub, 33 nəfər ağır yaralanıb”
XƏBƏR 11 Oktyabr 2020 / 10:35 1824
-  A +

“İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb”.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O bildirib ki, gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb:

“3 yaşayış binası dağıdılıb. İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb. 33 nəfər ağır yaralanıb, onların arasında uşaqlar da var. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”.


Qarabağ FK
Son xəbərlər
topaz banner