Gerye "Legiya"ya qarşı oynaya bilər

Gerye "Legiya"ya qarşı oynaya bilər
XƏBƏR 1 Oktyabr 2020 / 10:59 2356
-  A +

"Qarabağ"ın futbolçusu Donald Gerye UEFA Avropa Liqasının pley-off mərhələsində "Legiya" ilə oyunda meydanda ola bilər.

Qol.az xəbər verir ki, bu haqda haitili yarımmüdafiəçinin özü Polşanın "przegladsportowy.pl" nəşrinə  danışıb. 31 yaşlı oyunçu matçın keçirələcəyi Varşava şəhərinə çatdığını bildirərək, bu sözləri söyləyib. O deyib ki, dostu olan Haiti Prezidentinin köməkliyi ilə pasport problemi həllini tapıb. 

Xatırladaq ki, Donaqld Gerye pasport probleminə görə komanda ilə səfərə yollana bilməmişdi.

Qeyd edək ki, bu gün Varşavadakı “Voyska Polskieqo” stadionunda  keçiriləcək  "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq. 

Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner