"Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir".
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən verilən xəbərə görə, düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması səbəbindən 30.09.2020-ci il tarixdə saat 08 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, o cümlədən mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vurulub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirilir.
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
Yayda "Liverpul"dan ayrılmaq istəyir
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
Dünən əsgər marşı, bu gün azarkeş nidası…
Premyer Liqanın yeni mövsümünün başlama tarixi açıqlandı
“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı
MLS-in ən çox qazananları
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov