UEFA-dan Ermənistandakı Avropa Liqası matçı ilə bağlı yeni qərar

UEFA-dan Ermənistandakı Avropa Liqası matçı ilə bağlı yeni qərar
XƏBƏR 29 Sentyabr 2020 / 22:40 4303
-  A +

UEFA Avropa Liqasının pley-off mərhələsinində Ermənistanın "Ararat Armenia" və Serbiyanın "Srvena Zvezda" komandaları arasında keçiriləcək oyunla bağlı yeni qərar qəbul edib.

Qol.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Qərara görə, qarşılaşmanın yeri dəyişdirilib və oyun oktyabrın 1-də Kiprin paytaxtı Nikosiyadakı GSP stadionunda təşkil olunacaq.

Sözügedən matç Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Qeyd edək ki, Serbiya klubu Ermənistanın səfərbərlik elan etməsinə görə İrəvana getməkdən imtina etmişdi. Ona görə də klub 1 oktyabrda oynanılacaq  matçın Belqradda keçirilməsi üçün UEFA-ya müraciət etmişdi.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner