UEFA İrəvandakı oyunla bağlı qərar verdi

UEFA İrəvandakı oyunla bağlı qərar verdi
XƏBƏR 29 Sentyabr 2020 / 14:18 3268
-  A +

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Ararat Armenia" (Ermənistan) - "Srvena Zvezda" (Serbiya) oyunu ilə bağlı qərarını verib.

Qol.az "R-Sport"a istinadən xəbər verir ki, qitənin ali futbol qurumu görüşü təxirə salmayacaq.  Qarşılaşma oktyabrın 1-i İrəvanda keçiriləcək.

"UEFA vəziyyəti diqqətlə izləyir, lakin qarşılaşmanın təqvimə uyğun keçirilməsini planlaşdırır" - deyə qurumun açıqlamasında bildirilir.

Qeyd edək ki, Serbiya klubu Ermənistanın səfərbərlik elan etməsinə görə İrəvana getməkdən imtina etmişdi. Ona görə də klub 1 oktyabrda oynanılacaq  matçın Belqradda keçirilməsi üçün UEFA-ya müraciət etmişdi.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner