"Barselona"nın hücumçusu Lionel Messi görmə qabiliyyəti zəif olan "Arsenal" azarkeşinə və 11 uşağa kömək edib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu Barselonaya dəvət edilən həmin uşaqlarla görüşüb və onların hər birinə bir cüt yüksək texnologiyalı "OrCam" eynəyi hədiyyə edib.
Görmə qüsurlu insanlar eynəyin köməyi ilə üzləri, rəngləri, məhsulları, əsginasları tanıyacaqlar. Bu cihaz süni zəkadan istifadə edərək mətni ucadan oxumaq və ya qarşısındakılar barədə istifadəçiyə məlumat vermək kimi bir neçə funksiyaya malikdir. Eynəyin qiyməti 4 min dollardan çoxdur.
"Bu cihaz onların hər birinin həyatını dəyişdirəcəkdir. Çoxlarına həqiqətən kömək etmək üçün OrCam səfiri olduğum üçün fəxr edirəm" - deyə Messi bildirib.
Argentinalı oyunçu hər il bu cihazdan görmə qabiliyyəti zəif olanlara bağışlamaq niyyətindədir.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar