"Yuventus"un futbolçusu "Atalanta"da

"Yuventus"un futbolçusu "Atalanta"da
XƏBƏR 5 Sentyabr 2020 / 17:15 2584
-  A +

"Yuventus"un futbolçusu Kristian Romero karyerasını "Atalanta"da davam etdirəcək.

Qol.az Turin klubunun saytına istinadən xəbər verir ki, Berqamo təmsilçisi 22 yaşlı müdafiəçini 2 mövsüm müddətinə icarəyə götürüb. Bunun üçün "Atalanta" 2 milyon avro icarə haqqı ödəyib. Klub argentinalı oyunçunu 16 milyon avro ödəyərək birdəfəlik almaq hüququna malikdir.

Qeyd edək ki, Romero ötən mövsüm icarə əsasında "Cenoa"da oynayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner