Qitələrarası Hokkey Liqasında böyük qalmaqal yaşanıb.
Qol.az-ın “Euronews” kanalına istinadən yaydığı xəbərə görə, Finlandiyanın “Yokerit” komandası Minskda “Dinamo” ilə matça getməyib. Buna səbəb son vaxtlarda Belarusda baş verən siyasi hadisələr səbəb olub. “Yokerit” yerli fanatlar və ictimaiyyət nümayəndələrinin təzyiqlərindən sonra belə addım atıb. Finlandiya KİV-ləri bildirir ki, bu qərarı klub rəhbərliyi deyil, hokkeyçilər özləri qəbul ediblər.
Buna görə onlara texniki məğlubiyyət verilib. “Yokerit”in azarkeşləri yaydıqları bəyanatda bildiriblər ki, “biz rahat nəfəs aldıq, insan haqları qalib gəldi”.
Qeyd edək ki, Qitələrarası Hokkey Liqası özündə 6 ölkənin (Rusiya, Belarus, Qazaxıstan, Çin və Avropa Birliyindən Finlandiya və Latviya) 23 komandasını birləşdirir.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!