“Komandamız normal rəqiblərlə üz-üzə gələcək. Püşkün nəticəsinə baxsaq, digər qruplarda daha güclü komandaların yer aldıqlarını görə bilərik".
Qol.az xəbər verir ki, futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva federasiyanın rəsmi saytına Avropa çempionatının püşkü barədə danışarkən deyib.
Braziliyalı mütəxəssis heç bir rəqibin zəif olmadığını bildirib: "Türkiyə-Yunanıstan cütünün qalibi bizim rəqibimiz olacaq. Dostum 4 ildir ki, Yunanıstan milli komandasında işləyir. Onun dediyinə inansaq, komandası cütün favoritidir. Nizam-intizamlı, gənclərdən ibarət komanda qurub. Slovakiya ilə növbəti dəfə qarşılaşacağıq. Onlarla ötən il dünya çempionatının əsas mərhələsinin oyununda qarşılaşdıq. Bakıda oynadığımız görüşdə 2:0 hesabı ilə qələbə qazansaq da, matçın sonları çox çətin keçdi. Təcrübəli futzalçıları var, oyun zaman az səhv edirlər. Həmin rəqiblə elit-raund qarşılaşmasında da üz-üzə gəldik və görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşdı. Son bir ildə iki dəfə rəqib olduğumuzdan, bir-birimizi daha yaxından tanıyırıq. Moldovanı da təcrübəli, oturuşmuş heyəti olan komanda hesab edirəm. Onlarla da Bakıda qarşılaşdıq və çətin qələbə qazandıq. Əlbəttə, hər bir rəqibimizə, o cümlədən Moldovaya hörmətlə yanaşırıq".
Da Silva qrupdan və rəqiblərdən razı olduğunu söyləyib. "İndi hazırlıq planlarını qurmalı, bu şansı əldən verməməli, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmalıyıq. Birinci yer uğrunda mübarizə aparacağıq. Amma əsas vəzifə final mərhələsinə yüksəlməkdir. Buna qədər ardıcıl 5 qitə birinciliyinin həlledici mərhələsində iştirak etmişik. Seriyanın qırılmasına imkan verməməliyik”.
Qeyd edək ki, Azərbaycan milli komandası 3-cu qrupda Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibi ilə qarşılaşacaq.
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?