"Aliminin komandanı yoluxdurma ehtimalı yoxdur"- "Şkendiya"nın baş məşqçisi

"Aliminin komandanı yoluxdurma ehtimalı yoxdur"- "Şkendiya"nın baş məşqçisi
XƏBƏR 26 Avqust 2020 / 21:40 3701
-  A +

"Komandamızın ümumi durumu çox yaxşıdır. Əsas məqsədimiz 90 dəqiqə əlimizdən gələni etmək və ilk hesabı açan tərəf olmaq, sonda isə meydanı qalib tərk etməkdən ibarətdir".

Qol.az xəbər verir ki, bu sözləri Şimali Makedoniya "Şkendiya"sının baş məşqçisi Ernest Coka Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sumqayıt"la oyundan öncə keçirilən mətbuat konfransında deyib.
O,  Azərbaycan təmsilçisi barədə kifayət qədər məlumat topladıqlarını, rəqibin əsasən, ötən mövsümün son oyunlarını izlədiklərini bildirib: "Ümid edirik ki, çox da dəyişməyiblər".

Coka özünəməxsus oyun üslubuna malik olduqlarını və bütün sirləri açıqlamaq istəmədiklərini söyləyib. O, koronavirusa yoluxduğu üçün Azərbaycana gəlməyən futbolçu Armend Aliminin digər oyunçuları yoluxdurma ehtimalının olmadığını bildirib:

"Çünki bütün qaydalara əməl olunub, sosial məsafə gözləniib. Onun yoxluğu təsir edə bilər. Amma biz bunun maksimum şəkildə hiss edilməməsinə çalışacağıq. Ümid edirik ki, gələcək oyunlarda bizə kömək edə biləcək".

Baş məşqçi avrokubok təcrübəsi və hazırlıq səviyyəsinin mərhələ keçməkdə "Şkendiya"ya yardımçı olacağını əlavə edib.

Qeyd edək ki, avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" matçı saat 20:00-da başlanacaq.

Son xəbərlər
topaz banner