"Əvvəlcə pandemiya ilə əlaqədar Azərbaycana və "Neftçi"yə təşəkkür edirəm. Oteldə məskunlaşmağa kimi bizimlə xüsusi maraqlandılar. Qonaqpərvərliyə görə çox sağ olun. Bilirik ki, "Neftçi" yaxşı komandadır. Uzun müddətdir ki, avrokuboklarda çıxış edir. Pandemiya ilə bağlı təsnifat mərhələsi bir matçdan ibarətdir. Bu amil qarşılaşmalar təsir edir. Bəlkə bizə də xüsusi üstünlük yarada bilər".
Bu fikirləri Şimali Makedoniyanın "Şkupi" komandasının baş məşqçisi Muarrem Bayrami Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Neftçi" ilə matçdan öncə mətbuat konfransında deyib.
35 yaşlı mütəxəssis bildirib ki, bir oyunda hər şey baş verə bilər: "Sabah çalışacağıq ki, qələbə qazanaq və növbəti mərhələyə yüksələk".
O, komandalarında çıxış edən azərbaycanlı futbolçu Elvin Yunuszadə ilə "Neftçi" barədə söhbətləşməsindən də danışıb: "Püşkatmadan sonra Elvinlə danışdıq. O, bu klubda çıxış edib və "Neftçi"ni yaxşı tanıyır. "Neftçi" haqqında çox məlumatımız var. Onların son matçına baxmışıq. "Neftçi" kağız üzərində favoritdir"
Bayrami "Neftçi"dən daha çox rəsmi matça çıxmalarının onlar üçün üstünlük olmadığını sözlərinə əlavə edib: "Biz sadəcə 3 oyun keçirmişik, 2 qələbə qazandıq və bir dəfə heç-heçə etdik. Bizim üçün xüsusi üstünlük sayıla bilməz. Bu amil o qədər vacib deyil. Komandamızda ab-hava çox yaxşıdır".
Baş məşqçi digər Şimali Makedoniya təmsilçisi "Sileks"in Çempionlar Liqasında Azərbaycan çempionu "Qarabağ"a 0:4 hesabı ilə uduzmasının bu görüşlə heç bir əlaqəsinin olmadığını da bildirib: "Bizim öz komandamız var. "Sileks", "Qarabağ" və "Neftçi" başqa komandalardır. Bu mövsüm bizim daha yaxşı heyətimiz var. Sabah start heyəti müəyyənləşdirəcəyik".
Mütəxəssis "Neftçi"nin hansı mövqeyindən çədindiyini söyləmək istəməyib: "Biz rəqibi yaxşı təhlil etdik. Amma detalları sir olaraq saxlayacağam".
Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq (Report).
Olise də sıradan çıxdı
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
Yayda "Liverpul"dan ayrılmaq istəyir
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
Dünən əsgər marşı, bu gün azarkeş nidası…
Premyer Liqanın yeni mövsümünün başlama tarixi açıqlandı
“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı
MLS-in ən çox qazananları
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi