"Sabah bizi ağır oyun gözləyir. Matça ciddi hazırlaşmışıq. Çempionatda qazandığımız qələbə bizə müsbət təsir edib. İnanıram ki, sabah da yaxşı nəticə olacaq. Bu inamı bizə futbolçular verir".
Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin yeni baş məşqçisi Yunis Hüseynov UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Albaniya "Laçi"si ilə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.
O, rəqibi təhlil etdiklərini bildirib. "Laçi" güclü komanda olduğunu söyləyən 55 yaşlı mütəxəssis daha sonra vurğulayıb: "Avrokubok matçları fərqli olur. Rəqibin hücum xətti güclüdür. Hücumçuları 26 qolla ötən mövsüm bombardir olub. Amma zəif cəhətləri də var".
Y.Hüseynov Şaxrux Qadoyevin zədə səbəbindən sabahkı görüşü buraxacağını deyib. Baş məşqçi əvəzində Cavid və Kamaranın sıraya döndüyü bildirib.
Hüseynov heyəti tam müəyyənləşdirmədiyini qeyd edib: "Bu gün daha bir məşqimiz olacaq. Bundan sonra heyəti dəqiqləşdirəcəyik".
Baş məşqçi oyun öncəsi həyəcanlı olmadığını vurğulayıb: "Həyəcan yoxdur. O vaxt "Karvan"da Avropa Liqasında mərhələ keçən ilk məşqçi olmuşam. Məndən sonra "Xəzər Lənkəran" mərhələ adlamayıb".
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 1-ci turunun "Sumqayıt"la oyunundan sonra hücumçu Aleksandr Kristovaonun əvəzlənərkən əsəbiləşməsinə münasibət bildirib: "Heç bir futbolçu mənim qərarıma əsəbiləşə bilməz. Bu, mümkün deyil. Hər bir futbolçu əvəzlənə bilər. Buna görə kiməsə cəza vermək fikrim yoxdur".
Qeyd edək ki, avqustun 27-də "ASK Arena"da oynanılacaq "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı