Bu gün Azərbaycan Premyer Liqasında 2020-2021-ci illər mövsümünə start veriləcək.
Qol.az xəbər verir ki, “Qəbələ” turun son oyun günündə meydana çıxacaq. Avqustun 23-də keçiriləcək qarşılaşmada “qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gələcək.
Qəbələ şəhər stadionunda təşkil olunacaq matç iki komanda arasında ümumilikdə 22-ci, Premyer Liqada 20-ci görüş olacaq. İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblər indiyədək 19 dəfə ölkə çempionatında, 2 dəfə Azərbaycan kubokunda qarşılaşıb.
Əvvəlki oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 9 qələbəsi olan “qırmızı-qaralar” 8 dəfə heç-heçə edib və yalnız 4 dəfə uduzub. Hesabında 31 qol olan "qırmızı-qaralar" 18 top buraxıb. “Zirə” ilə matçlarda Aleksey Qay hamıdan çox – 4 qola imza atıb. Ermin Zets bu qarşılaşmalarda üç dəfə fərqlənib. Altı futbolçu - Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopezin aktivində iki top var.
Çempionatdakı 19 oyunda da üstünlük "Qəbələ"nin tərəfindədir. 7 qarşılaşmada aktivinə üç xal yazan “Qəbələ” 8 dəfə bir xalla kifayətlənib. Yalnız 4 dəfə xalsız qalan “qırmızı-qaralar” top fərqində də üstündür – 24:16.
"Qəbələ" “Zirə” ilə qarşılaşmaya 11-ci dəfə ev sahibliyi edəcək. Rəqibini indiyədək 10 dəfə qəbul edən “qırmızı-qaralar” öz meydanında 5 dəfə qalib gəlib. Doğma divarlar arasında 4 heç-heçəsi olan komanda yalnız bir dəfə məğlub olub. Evdə 16 qol vuran "Qəbələ" futbolçuları qapısından 7 top buraxıb.
Paytaxt təmsilçisi ilə son iki görüşdə qələbə qazanan komanda ardıcıl 5 qarşılaşmada meydanı xalsız tərk etməyib. “Qırmızı-qaralar” son 6 görüşdə rəqibinə uduzmayıb.(gabalafc.az)
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi