"Barselona"dan Kumanın gəlişindən sonra ilk transfer - Rəsmi

"Barselona"dan Kumanın gəlişindən sonra ilk transfer  - Rəsmi
DÜNYA FUTBOLU 21 Avqust 2020 / 12:26 6388
-  A +

“Barselona” yeni baş məşqçi Ronald Kumanın təyinatından sonra ilk transferini reallaşdırıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Pedro Qonsales Lopesi (Pedri) heyətinə cəlb edib. Sequndada çıxış edən "Las Palmas”dan alınan 17 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, İspaniya mediasında gələcəyin İnyestası adlandırılan gənc futbolçu ötən mövsüm Sequndada 16 oyuna 4 qol vurub, 7 qol ötürməsi edib. Pedri İspaniyanın U-19 millisinin üzvüdür.

Son xəbərlər