İtaliyanın daha iki klubunda koronavirus aşkarlandı

İtaliyanın daha iki klubunda koronavirus aşkarlandı
DÜNYA FUTBOLU 20 Avqust 2020 / 22:30 1356
-  A +

İtaliyanın “Torino” klubunun iki futbolçusu koronavirusa yoluxub.
 
Qol.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Adları açıqlanmayan futbolçuların karantinə alındığı bildirilib.
 
A Seriyasının daha bir klubunda - “Sassuolo”da da koronavirusa yoluxma qeydə alınıb. Komandanın hücumçusu Jeremi Boqada virus aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu hazırda ev şəraitində karantinə alınıb.
 
 
Qeyd edək ki, daha əvvəl “Roma”, "Kalyari", "Breşiya" və "Napoli" klublarında da koronavirusa yoluxanların olduğu bildirilmişdi.


Son xəbərlər