"Barselona"dan Messi ilə bağlı açıqlama

"Barselona"dan Messi ilə bağlı açıqlama
DÜNYA FUTBOLU 19 Avqust 2020 / 13:00 4073
-  A +

"Barselona”nın prezidenti Xosep Bartomeu komandanın kapitanı Lionel Messinin klubdan ayrılacağı haqda yayılan xəbərlərə növbəti dəfə münasibət bildirib.

Qol.az İspaniya mətbuatına xəbər verir ki, o, argentinalı hücumçunun komandadan ayrılmaq niyyətində olmadığını deyib. Bartomeu 34 yaşlı oyunçunun karyerasının sonunadək Kataloniya klubunda qalmaq istədiyini bildirib.

Qeyd edək ki, mətbuatda L.Messinin “Barselona” ilə 2021-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləməyəcəyi haqda xəbərlər yayılmışdı. Onun “İnter”ə keçəcəyi deyilirdi.

Son xəbərlər