Çempionlar Liqasında PSJ - "Bavariya" finalı - Yenilənib

Çempionlar Liqasında PSJ - "Bavariya" finalı -  Yenilənib
DÜNYA FUTBOLU 20 Avqust 2020 / 00:52 7284
-  A +

Bu gün Çempionlar Liqasında ikinci finalçı da müəyyənləşib.

Qol.az xəbər verir ki, yarımfinalın növbəti oyununda Fransanın "Lion" klubu Almaniya çempionu "Bavariya" ilə qarşılaşıb.

Sürpriz şəkildə "Yuventus" və "Mançester Siti"ni mübarizədən kənarlaşdıran "Lion"un güclü "Bavariya"ya necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Oyun Münhen klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0

Beləliklə, "Bavariya" avqustun 23-də keçiriləcək final matçında PSJ ilə qarşılaşacaq.


19 avqust

Çempionlar Liqası

Yarımfinal

“Lion” (Fransa) – “Bavariya” (Almaniya) - 0:3
Qollar:
Qnabri, 18, 33, Levandovski, 88
Baş hakim: Antonio Mateu Lahos (İspaniya)
Lissabon. “Joze Alvalade” stadionu
 

 


Son xəbərlər
16.06.24  14:40

"Milan"da qalır

16.06.24  12:40

Spaletti rekord qırdı