Finalın hakimləri açıqlandı

Finalın hakimləri açıqlandı
DÜNYA FUTBOLU 18 Avqust 2020 / 20:08 2715
-  A +

Avropa Liqasının finalında keçiriləcək “Sevilya” - “İnter” matçı üçün hakim təyinatları açıqlanıb.
 
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı niderlandlı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Denni Makkeli olacaq. Ona həmyerliləri Mario Diks və Hessel Steeqstra köməklik edəcək. Dördüncü hakim fünksiyasını isə yunanıstanlı referi Anastasios Sidiropoulos yerinə yetirəcək.
 
Qeyd edək ki, 21 avqustda keçiriləcək “Sevilya” - “İnter” oyunu Bakı vaxtı ilə saat  23:00-da başlayacaq.

Son xəbərlər