"Mançester Siti" Bravo ilə yolları ayırdı

"Mançester Siti" Bravo ilə yolları ayırdı
DÜNYA FUTBOLU 18 Avqust 2020 / 15:28 2816
-  A +

"Mançester Siti" qapıçısı Klaudio Bravo ilə yolları ayırıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, çilili qolkiperlə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, 37 yaşlı qapıçı 2016-cı ildə "Barselona"da İngiltərə təmsilçisinə transfer olunmuşdu. O, "Mançester Siti"də ümumilikdə 61 matçda 60 qol buraxıb. Bravo 2018/2019 mövsümündə zədə səbəbindən təxminən 10 ay yaşıl meydanlardan uzaq qalmışdı. Klaudio "Mançester Siti" ilə 4 ildə 2 ölkə çempionluğu və federasiya kuboku daxil omaqla, ümumilikdə  8 kubok qazanıb.

Əlavə edək ki, Bravonun "Nyu-York Siti" və ya "Seltik"ə keçəcəyi gözlənilir.


Son xəbərlər