Fransada açılış oyunu təxirə salındı

Fransada açılış oyunu təxirə salındı
DÜNYA FUTBOLU 18 Avqust 2020 / 15:08 1821
-  A +

Fransa Liqasında yeni mövsümünün ilk turunun "Marsel" - "Sent-Etyenn" açılış matçı təxirə salınıb.

Qol.az Fransa Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, buna "Marsel"də 3 nəfərdə koronavirus aşkarlanması səbəb olub. Qarşılaşmanın 16 və ya 17 sentyabrda keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, "Marsel" - "Sent-Etyenn" görüşünün avqustun 21-i keçirilməsi planlaşdırılırdı.


Son xəbərlər