"Beşiktaş"da qanalı futbolçu

"Beşiktaş"da qanalı futbolçu
DÜNYA FUTBOLU 18 Avqust 2020 / 14:35 1946
-  A +

"Beşiktaş" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Kayserispor"dan Bernard Mensahla razılığa gəlib.

"Qara qartallar" 25 yaşlı yarımmüdafiəçini 1 illik icarəyə götürüb. "Ağ-qaralar" qanalı futbolçunu 4,5 milyon avroya transfer etmək hüququna sahibdir.

Qeyd edək ki, Mensah ötən mövsüm 26 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.


Son xəbərlər