Co Hart "Tottenhem"də

Co Hart "Tottenhem"də
DÜNYA FUTBOLU 17 Avqust 2020 / 13:00 3168
-  A +

İngiltərə millisinin sabiq qapıçısı Co Hart “Tottenhem”ə keçir.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper hazırda London klubunda tibbi müayinədədir. Klubsuz olan qapıçı paytaxt təmsilçisinə azad agent kimi keçəcək. Onun transferinin yaxın saatlarda rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 2008-2017-ci illərdə İngiltərə millisində çıxış edən Co Hartın son klubu “Bernli” olub. O, “Mançester Siti”, “Vest Hem”, “Torino” kimi klublarda da oynayıb.

Son xəbərlər