“Lion” 10 il sonra böyük uğurunu təkrarladı

“Lion” 10 il sonra böyük  uğurunu təkrarladı
DÜNYA FUTBOLU 16 Avqust 2020 / 11:11 3448
-  A +

Ötən gecə Çempionlar Liqasının 1/ 4 finalında “Mançester Siti”ni mübarizədən kənarlaşdıraraq yarımfinala yüksələn “Lion” Avropadakı ən böyük uğurunu təkrarlayıb.

Qol.az xəbər verir ki, Fransa klubu sonuncu dəfə 10 il əvvəl turnirin yarımfinalına yüksəlmişdi. Liqa 1 təmsilçisi buna 2010-cü ildə 1/4 finalda 2 oyunun cəmində “Bordo”ya 3:2 hesabı ilə qalib gələrək nail olmuşdu.

Bundan əlavə “Lion” 1964-cü ildə UEFA indi keçirilməyən Kuboklar kubokunda yarımfinala çıxıb , 1997-ci ildə isə İntertoto kubokunu qazanıb. Komandanın yaxın keçmişdəki uğurlarına 2017-ci ildə Avropa Liqasının yarımfinal mərhələsinə iştirak etmələri də daxildir.

Son xəbərlər