Ronaldodan Benzemaya təklif - "Yuventus"a keç"

Ronaldodan Benzemaya təklif - "Yuventus"a keç"
DÜNYA FUTBOLU 15 Avqust 2020 / 17:50 5346
-  A +

"Real"ın futbolçusu Kərim Benzema karyerasını "Yuventus"da davam etdirə bilər.

Qol.az "Sportitalia"ya istinadən xəbər verir ki, Turin klubunun hücumçusu Kriştiano Ronaldo sabiq komanda yoldaşını A seriyası təmsilçisini görmək istəyir. Portuqaliyalı hücumçu ona artıq "Yuventus"a keçməyi təklif edib. Klub rəhbərliyinin də fransalı oyunçunun almaqda maraqlı olduğu vurğulanıb.

Qeyd edək ki, Benzema 2009-cu ildən "Real"da oynayır. Ronaldo və Benzema Madrid təmsilçisində komanda yoldaşı olublar.


Son xəbərlər